Yayın Favori Rəngi!
- 14.10.2022
- /
- 1380
Bu yayın canlı, parlaq rəngləri dırnaqlarımızada təsir edir. Dırnaq boyasından istifatə etməyi sevən, fərqli və rəngli manikurləri sınaqdan keçirməkdən çəkinməyən xanımları bu sezonun dırnaq boyası rəngləri və manikur trendləri yəqin ki, çox sevindirəcək. İlk öncə yay aylarında dırnaq boyasında hansı rənglərin ön planda olacağına baxaq. Açıq sarılar, yaşıllar, dolğun bənövşəyi rəngləri bu sezon dırnaqlarımızı rəngləndirəcək.
Bənövşəyi və tonlarından başlayaq. Bu rəng həm manikür, həm pedikürdə gözəl görünəcək. Həmçinin günlük denim geyimlərinizlə və axşam şıq dəvətlərdə dırnaqlarınızda rahatlıqla bənövşəyinin çalarlarından istifadə edə bilərsiz.
Narıncı və tonları – Bu sezon narıncının pastel tonlarından, daha parlaq və neon tonlarına qədər hər çaları dəbdir. Bu rəng dırnaqlar günəşdə yanmış dəri və qızılı aksesuarlarla çox gözəl görünəcək.
Baharat tonları – bu tonlarda dırnaq boyaları hər dəri tonu ilə yaraşır və yayın ən sevilən rənglərindən ağla çox gözəl görünür.
Bundan başqa manikürdə bir neçə ildir ki, dəb olan müxtəlif naxışlar, qrafiklər və printlər bu ildə dəbdir. Yəni geyimdə və dəbdə olan printlər məsələn floral print, etnik print, xallı printi, parıltı detayları, ombre və.s dırnaq dəbindəndə yan keçmir.